Nizami irsi dünyanın marağında
Nizami Gəncəvinin Azərbaycan şairi olmasını sübut etməklə bağlı proqram imzalanacaq. APA TV-nin məlumatına görə, bu barədə açıqlama verən Disaporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib ki, proqram Nizami Gəncəvi Mərkəzi ilə beynəlxalq institutlar arasında imzalanacaq: “Nizaminin irsinin bir daha araşdırılması, daha da geniş açılması, dünya ictimaiyyətinə oxunan bir dildə çatdırılması məsələsi ortaya qoyulub. Nizaminin irsinin bütün dünyada olan kitabxanalarda, ölkələrdə olan əlyazmaları bir daha öyrənilsin.”
Onun sözlərinə görə, hər kəsə məlumdur ki, Nizami Gəncəvi fars dilində yazıb. Ancaq Azərbaycanda yüzlərlə rus dilində yazan yazıçılar var. Belə çıxır ki, onlar rusdur? Nazim İbrahimov Azərbaycanın xaricdə olan bəzi diaspor nümayəndəliklərinin təşkilatlanmaması məsələsinə də toxundu. Onun sözlərinə görə, hər hansı ölkədə diasporlar birgə fəaliyyət göstərə bilmirsə, paralel olaraq fəaliyyət göstərib, ayrılıqda Azərbaycan dövlətinə yardımçı olsa, daha çox effekti olar.
OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov jurnalistlərə açıqlama verdi
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir