Bölgə sakinlərinin şikayətləri dinlənildi
APA TV-nin bölgə müxbirinin verdiyi xəbərə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Hacıqabul rayonunda Hacıqabul, Şirvan, İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan, Beyləqan rayonlarının sakinlərini Heydər Əliyev Mərkəzində qəbul edib. Qəbul zamanı ümumilikdə 80 nəfərədək sakinin müraciəti dinlənilib. Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə araşdırılıb və bir neçə vətəndaşın problemləri yerində həll olunub. Nazir Fizuli Ələkbərov müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılması üçün müvafiq struktur bölmələrinə tapşırıqlar verib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər aidiyyati qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Bəzi vətəndaşların müraciəti əsasında onların yaxınlarına yeni əlil arabaları təqdim olunub.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib