Azərbaycanın 9 boksçusu yarımfinalda
Bakı-2015 I Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsi davam edir. APA TV-nin məlumatına görə, bu gün daha 8 çəki dərəcəsində yarımfinalçıların adlarına aydınlıq gəlib.
Bu çəki dərəcələrinin 5-də kişi, 3-də qadın boksçular rinqə çıxıblar. Azərbaycan üçün uğurlu alınan gündə 6 idmançımız qüvvəsini sınayıb və onlardan 5-i yarımfinalda iştirak hüququ qazanıb. Bununla da yarımfinala çıxan boksçularımızın sayı 9-a çatıb. Onlar bu hüquqa yiyələnməklə, ən azı bürünc medalı təmin ediblər. Sabah isə daha 2 idmançımız 1/4 final döyüşünü keçirəcək.
91 kq. çəkidə mübarizə aparan Abdulqadir Abdullayev yarımfinala vəsiqə qazanmaq üçün fransız Pol Bionqolo Ombanı mübarizədən kənarlaşdırıb. Hər 3 raundda (30:27; 30:27; 30:27) rəqibindən üstün olan təmsilçimiz mərhələ adlamaqla, ən azı bürünc medalı da özünə təmin edib.
Abdullayev yarımfinalda Sadam Maqomedovla (Rusiya) gücünü yoxlayacaq. Final uğrunda görüş iyunun 26-da 14:30-da keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi