Azərbaycan prezidentinə Sambonun Çempion kəməri təqdim edildi
Azərbaycan prezidenti İlham Əliyev iyunun 22-də Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov ilə görüşüb.
APA TV-nin məlumatına görə, qonaq Beynəlxalq Sambo Federasiyası İcraiyyə Komitəsinin qərarı ilə Sambonun Çempion kəmərini dövlət başçısına təqdim edib.
V.Şestakov bildirib ki, prezident İlham Əliyev sambonun Azərbaycanda və bütün dünyada inkişafına göstərdiyi böyük xidmətlərə görə Sambonun Çempion kəmərinə layiq görülüb.
“Ümid edirəm ki, Sizin dəstəyinizlə sambo Olimpiya Oyunlarına yol tapacaq. Bu, ikinci belə kəmərdir. Birincisi Vladimir Vladimiroviç Putinə təqdim olunub”, - deyə V.Şestakov bildirib.
Qeyd edək ki, iyunun 21-də Azərbaycan prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri Heydər Əliyev adına İdman Sarayında keçirilən sambo yarışlarının gedişini izləyiblər.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi