Nəzakət Xəlilova: “İndiyədək rusiyalı samboçu ilə qarşılaşmamışdım”
“Vətənimdə keçirilən I Avropa Oyunlarında çempion olmaq istəyirdim. Amma bu nəticəyə də şükür edirəm”. Bu fikirləri Avropa Oyunlarının gümüş mükafatçısı, samboçu Nəzakət Xəlilova deyib.
Xəlilova indiyə kimi rusiyalı samboçu ilə qarşılaşmadığını bildirib: “Finaldakı rəqibim təcrübəli idi. İkiqat dünya çempionudur. Onunla birinci dəfə idi ki, qarşılaşırdım. Rusiyalı idmançının döyüşlərini izləmişdim. Sadəcə o, təcrübəli olduğu üçün qələbə qazandı. Gümüş medalı ailəmə və şəxsi müəllimimə həsr edirəm. Çalışacağam ki, İslam Həmrəylik Oyunlarına hazırlaşaraq, yeni nəticələr qazanacağam”.
Qeyd edək ki, qadın samboçuların yarışında 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Nəzakət Xəlilova finala qədər məğlubiyyətsiz irəliləyib. Həlledici qarşılaşmada Rusiya təmsilçisi Anna Xaritonovaya uduzan idmançımız gümüş medalla kifayətlənib.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi