Gəncədə 50 yaşlı qadın özünü 9-cu mərtəbədən atdı
Gəncədə intihar hadisəsi baş verib. APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb.
Gəncə şəhər sakini, 1965-ci il təvəllüdlü Afət Rüstəm qızı Həsənova ərazidə olan 9 mərtəbəli binanın damına çıxaraq özünü yerə atıb. Qadını dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirsələr də, onu xilas etmək mümkün olmayıb.
Hadisə şahidlərinin dediyinə görə, qadın Rusiyadan yenicə gəlib: "Birinci binamızın qabağından keçdi. Sonra bir kişidən telefon götürdü. Kiminləsə danışanda deyirdi ki, özümü öldürəcəm. Bir saat yarım burda durdu. Sonra bura çıxıb qışqır-bağır salmağa başladı. Bir də iki stəkan su istədi. Bütün adamlar qışqırırdı ki, gəl bura, özünü tullama. Cavab verdi ki, quşlara baxıram. Birinci "kaşlyokunu" tulladı. İçindən 6 manat pul çıxdı, bir də nömrə. Heç nə demədən özünü tulladı".
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi