Marina Durunda: “Azərbaycan xalqını sevindirmək istəyirdim”
“Azərbaycan xalqını sevindirmək istəyirdim. Bunu bacardığım üçün qürurlu və şadam”. Bu fikirləri Avropa Oyunlarının gümüş mükafatçısı, Azərbaycanın bədii gimnastı Marina Durunda deyib.
Bakı-2015 I Avropa Oyunlarında bədii gimnastikanın fərdi lent yarışında gümüş medal qazanan Durunda bunun üçün çox çalışdığını bildirib: “Bu arenada çıxış etmək hər idmançıya nəsib olmur. Bu, çox məsuliyyətli idi. Əvvəlki hərəkətlərim uğursuz alındığı üçün son hərəkətdə bütün gücümü toparladım. Nəticədə hər şey yaxşı alındı. Hər şey idmançının özündən asılıdı. Yalnız öz çıxışın haqda düşünməlisən. Məşqçilərimə təşəkkür edirəm. Medala can atırdım və qazandığım uğuru bütün Azərbaycan xalqına həsr edirəm”.
Qeyd edək ki, Marina Durunda lentlə yarışda yalnız rusiyalı Yana Kudryavtsevadan geri qalıb.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi