İki boksçumuz 1/4 finalda!
Bakı-2015 Avropa Oyunlarında boks yarışları davam edir.
APA TV-nin məlumatına görə, kişilərin mübarizəsində 52 kq çəki dərəcəsində Elvin Məmişzadə mübarizəyə 1/8 final mərhələsindən qoşulub.
Millimizin liderlərindən sayılan Avropa çempionumuzun rəqibi əvvəlki döyüşündə Belarus təmsilçisi İvan Fiqurenkaya qalib gələn Mayls Kesi (İrlandiya) olub. 23 yaşlı boksçumuz ilk görüşündə özünü yaxşı tərəfdən göstərib. Hər 3 raunda inamlı təsir bağışlayan Elvin ciddi çətinlik çəkmədən mərhələ adlayıb - 3:0 (29:27; 30:25; 29:28).
60 kq çəki dərəcəsində Albert Səlimov da Avropa Oyunlarında ilk döyüşünü bu gün keçirib. WSB liqasından Rio-2016-ya lisenziya qazanan Albert Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyanla qarşılaşmada rəqibinə heç bir şans verməyib. Səlimov hər 3 setdə erməninin zəif olduğunu sübuta yetirib - 3:0 (29:28; 30:27; 30:27).
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi