Putin: "İŞİD ABŞ-ın dəstəklədiyi İraq ordusundan daha çox silaha malikdir"
İŞİD terror qruplaşması ABŞ-dan dəstək alan İraq ordusundan daha çox silaha malikdir.
APA TV-nin məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Sankt Peterburq Beynəlxalq iqtisadi forumda bildirib.
“Mən İraqla bağlı bir neçə dəfə açıqlama vermişəm. Biz bilirik orada nə baş verir. ABŞ İraqı dəstəkləyir, ordusunu silahlandırır, təlim keçir. İki-üç zərbə ilə İŞİD zirehli texnika və raketlər də daxil olmaqla xeyli silah-sursat ələ keçirdi, hazırda İraq ordusu bəlkə də o qədər silaha malik deyil. Geniş ictimaiyyət bu barədə az məlumatlıdır. Hazırda İŞİD ABŞ-ın dəstəklədiyi İraq ordusundan daha yaxşı silahlandırılıb”, - deyə Putin qeyd edib.
OXŞAR XƏBƏRLƏR
19:33
375
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
367
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
19:30
369
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:47
1227
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1484
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1506