12-ci qızıl medal taekvondodan! Harçeqani qalib oldu!
Taekvondo üzrə Azərbaycan yığmasının üzvü Milad Beigi Harceqani Avropa Oyunlarının qızıl medalını qazanıb. Final görüşündə rusiyalı Albert Quanla qarşılaşan taekvondoçumuz bütün hissələrdə rəqibindən üstün olub və yekunda 9:4 hesabı ilə qalib gəlib. Taekvondo yığmamızın baş məşqçisi Reza Mehmandost tələbəsinin qələbəsini onu Azərbaycan bayrağına bükməklə təbrik edib. Harceqaninin qələbəsi tamaşçılar tərəfindən alqışlarla qarşılanıb. Görüşü izləyənlər arasında Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da olub.
Qeyd edək ki, taekvondoçularımız bu günədək çıxış etdikləri 6 çəki dərəcəsindən dördündə medal qazanmağı bacarıblar. İdmançılarımızın hesabında 2 qızıl, 1 gümüş, 1 bürünc medal var. Taekvondo yarışlarına sabah yekun vurulacaq.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi