Sərxoş futbolçu “Ferrari”si ilə qəzaya düşdü
Çili yığmasının və “Yuventus” klubunun yarımmüdfiəçisi Arturo Vidal avtomobil qəzasına uğrayıb.
APA TV-nin məlumatına görə, Vidal avtomobili sərxoş halda idarə edirmiş. “Ferrari” markalı avtomobili ilə qəzaya uğrayan futbolçunun yanında ailə üzvlərindən bir nəfər də olub.
Qəza zamanı Arturo Vidal xəsarət almasa da, bahalı maşını yararsız vəziyyət düşüb. Qəzadan sonra Vidal öz “Twitter” hesabında sərxoş halda avtomobil idarə etdiyi üçün ailəsi və komanda yoldaşlarından üzr istəyib. Ölümdən döndüyünü qeyd edən Vidal Allahın ona bir şans verdiyini yazıb və bir daha spirtli içki qəbul edib sükan arxasına əyləşməyəcəyi ilə bağlı söz verib.
OXŞAR XƏBƏRLƏR
19:33
476
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
461
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
19:30
471
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:47
1235
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1488
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1516