Cəbrayıl Həsənov: “Əsas məqsədim Olimpiya Oyunlarına mükafat qazanmaqdır”
“Növbəti yarışlarda yaxşı nəticələr göstərəcəyəm”. Bu fikirləri I Avropa Oyunlarında 74 kq çəki dərəcəsində mübarizə aparan Cəbrayıl Həsənov deyib. O finala çıxmağı və rusiyalı güləşçi ilə üz-üzə gəlməyi arzuladığını bildirib.
“Çətin görüşlər keçirdim. Finalda rusiyalı güləşçi ilə üz-üzə gəlməyi çox istəyirdim. Keçən il Avropa çempionatında qarşılaşmışdım. Revanş almaq istəyirdim, qismət olmadı. Növbəti yarışlarda yaxşı nəticələr göstərəcəyəm”.
Cəbrayil Həsənov 1/4 finalda məğlub olduğu Türkiyə təmsilçisinə əvvəllər qalib gəldiyini xatırladıb:
“Növbəti dəfə əvvəl etdiyim səhvləri bir də təkrar etməyəcəyəm. Ölkəmdə çempion olmağı çox istəyərdim. Əsas məqsədim dünya çempionatında yaxşı nəticə qazanmaq və Olimpiya Oyunlarına lisenziya qazanmaqdır”.
Qeyd edək ki, I Avropa Oyunlarında 74 kq çəki dərəcəsində mübarizə aparan Cəbrayəl Həsənov bürünc medal uğrunda görüşdə Bolqarıstan təmsilçisi Kiril Terziyevi məğlub edib.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi