Türkiyədə 3 günlük matəm elan olundu
Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar ölkədə 3 günlük milli matəm elan olunub.
APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, baş nazir Əhməd Davudoğlu bu gün Süleyman Dəmirəlin Ankaradakı evinə gedərək onun yaxınlarına başsağlığı verib.
Əhməd Davudoğlu Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar ölkədə 3 gün matəm elan etdiklərini və cümə günü Ankarada dövlət səviyyəsində rəsmi mərasim keçiriləcəyini açıqlayıb.
O, Süleyman Dəmirəlin Türkiyənin siyasi tarixində dərin izlər buraxdığını bildirib: “Cənazə namazı mübarək Ramazanda, çox gözəl, mənəvi bir ortamda cümə günü Ankaradakı Kocatəpə camesində olacaq. Cənazə namazı cümə namazı ilə birlikdə qılınacaq. Beynəlxalq səviyyəli iştirakın da olacağını nəzərə alaraq, bütün hazırlıqlar başlayıb. Dəfn mərasiminin keçiriləcəyi İspartada ailəsi nə istəyəcəksə, o addımlar atılacaq. Lazımi təlimatlar verilib. Bir daha ailəsinə, millətimizə başsağlığı verirəm. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Buraxıb getdiyi gözəl xatirələrlə siyasi tariximizdəki yerini qoruyacaq”.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi