Bakı-2015: Gürcü və belaruslu güləşçilər arasında dava düşdü - VİDEO
Bakı-2015 I Avropa Oyunlarında qeyri-adi hadisə baş verib.
APA TV-nin xəbərinə görə, kişilər arasında sərbəst güləş üzrə görüşdə 57 kiloqram çəki dərəcəsində mübarizə aparan iki idmançı xalçadan kənarlaşdırılıb.
Belaruslu Vladislav Andreyevlə gürcü Vladimir Xinçeqaşvili arasında keçirilən yarımfinal görüşü zamanı idmançılar əsəblərinə hakim ola bilməyiblər. Andreyev 2:1 hesabı ilə öndə olarkən rəqibi ona sillə vurub. Belaruslu pəhləvan da buna qarşılıq verdikdən sonra iki idmançı arasında dava düşüb və hakim dərhal onları ayırıb.
Bu hadisəyə görə görüş yarımçıq dayandırılıb və hər iki idmançı döşəkdən kənarlaşdırılıb. Onlar barədə hansı qərarın veriləcəyi maraqla gözlənilir.
OXŞAR XƏBƏRLƏR
19:33
475
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
460
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
19:30
471
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:47
1235
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1488
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1516