Liviyada "al-Qaida" lideri öldürüldü
Liviyada keçirilən əməliyyatda "al-Qaida" terror təşkilatının liderlərindən Muxtar Belmuxtar öldürülüb.
APA TV-nin xəbərinə görə, əməliyyat ABŞ ordusuna məxsus hərbi təyyarələrlə keçirilib.
ABŞ Müdafiə Nazirliyi Liviyanın şərqində keçirilən əməliyyatda əsas hədəfin Muxtar Belmuxtar olduğunu açıqlayıb. Pentaqon sözçüsü Stiv Varrenin yazılı açıqlamasında bildirilir ki, Şimali Afrikada əsas terror aktlarının arxasında "al-Qaida"ya bağlı Murabitun təşkilatının lideri Muxtar Belmuxtar dayanır.
Varren Muxtar Belmuxtarın 2013-cü ildə Əlcəzairdəki təbii qaz yatağında törədilən, nəticədə aralarında üç ABŞ vətəndaşı da olmaqla 10 ölkədən 38 insanın ölümünə səbəb olan hücumu idarə etdiyini bildirib.
OXŞAR XƏBƏRLƏR
19:33
575
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
556
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
19:30
564
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:47
1240
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1494
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1522