Türkiyəli güləşçi Azərbaycan bayrağı qaldırdı
Bu gün Bakı-2015 Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub.
APA TV-nin xəbərinə görə, Azərbaycan milli komandasının ən ağır çəkili pəhləvanı Sabah Şəriəti 130 kq çəki dərəcəsində kişilərin mübarizəsində 1/8 finalda Mikola Kuçmi (Ukrayna) ilə güləşib.
Təmsilçimiz 8:0 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib. O, yarımfinala vəsiqə uğrunda Yakobi Kajaya (Gürcüstan) qüvvəsini sınayıb və yenə qələbəyə sevinib - 5:2.
Şəriəti finala gedən yolda İosib Çuqoşvilini (Belarus) xalçaya dəvət edib. Milliləşdirilmiş pəhləvanımız bu dəfə inamlı təsir bağışlayıb - 5:0.
Sabahın həlledici görüşdə rəqibi türkiyəli Riza Kayaalp olub. Şəriəti əvvəlki uğurlarının davamını gətirə bilməyib və gümüş medalla kifayətlənib.
Qızıl medal qazanan türkiyəli güləşçi Riza Kayaalp qələbəsini Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vurmaqla qeyd edib:
Bu, klassiklərimizin 6-cı, yığmamızın 13-cü mükafatı olub.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi