MOK: Bakıda qəzaya düşən avstriyalı idmançı uğurlu əməliyyat olunub
"İyunun 11-də Bakıda "Atletlər Kəndi"ndə baş verən qəzada yaralanan avstriyalı idmançının səhhəti ilə bağlı tez-tez məlumat əldə olunur".
APA TV-nin xəbərinə görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında bildirib. "Bizim aldığımız məlumata görə, dünən idmançı əməliyyat olunub və artıq danışır" - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Avropa Oyunlarının mükafatçıları ilə görüş keçirilib. Görüşdə gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirak ediblər.
Azad Rəhimov: "Bu idmançıları görəndə özümü bir nazir kimi yox, bir vətəndaş kimi hiss edirəm. Ona görə ki, sevincimin həddi-hüdudu yoxdur. O anlar sözsüz ki, unudulmaz anlardır. Mən deyə bilərəm ki, medalların sayı çox olmalıdır. Digər qitə çempionatlarına nisbətən daha çox olmalıdır".
Dünən medal qazanan Azərbaycan idmançıları MOK-un binasında asılan xatirə lövhəsinə öz adlarını yazıblar. Daha sonra MOK rəsmiləri onları mükafatlandırıb.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi