Bakı-Naxçıvan təyyarəsində nasazlıq: "Boeing-757" məcburi eniş etdi
Bakı-Naxçıvan marşrutu üzrə AHY-2253 reysini həyata keçirən “Boeing-757” təyyarəsi avialaynerin hidrosistemlərinin birində təzyiqin düşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qayıdıb.
“Azərbaycan Hava Yolları “QSC-nin mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, belə nasazlıqla uçuş təyinat məntəqəsində mümkün idi, lakin ekipaj komandiri nasazlığın uçuşun doqquzuncu dəqiqəsində - havaya qalxdıqdan dərhal sonra baş verdiyini nəzərə alaraq enişi uçuşun edildiyi aeroportda həyata keçirmək qərarına gəlib.
Yerli vaxtla saat 21:02-də eniş ştat rejimində əmin-amanlıqla başa çatıb. Qayıdan təyyarənin sərnişinləri yerli vaxtla saat 22:45-də ehtiyat “Boeing-757” təyyarəsi ilə Naxçıvana yola salınıb.
OXŞAR XƏBƏRLƏR
19:33
603
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
582
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
19:30
589
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:47
1242
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1497
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1524