Şiə komandir: "İraq ordusu qorxaqdır, İŞİD-i özümüz məhv edəcəyik"
İraqda şiə silahlı birləşmələri Ənbar vilayətinin Fəlluca və Ər-Rəmadi şəhərləri istiqamətində hücuma hazırlaşır.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, vilayət ötən ilin yanvarından İŞİD-in əlində olub. Bu ilin may ayında vilayətin yalnız kiçik bir ərazisi terrorçulardan təmizlənərək sünni silahlıların nəzarətinə keçib. ABŞ isə İraq ordusuna təlim keçmək üçün 450 nəfərlik əlavə hərbi ekspert göndəriləcəyi barədə qərar verib.
Şiə silahlı qruplaşmalarının lideri Hadi əl-Əmiri Vaşinqtonun bu addımını dəyərləndirirkən deyib: "ABŞ-ın dəstəyi olsa belə, İraq ordusu döyüş meydanında İŞİD-in qarşısında acizdir. Bu, dəfələrlə sübut olunub. Buna misal olaraq mən bir neçə faktı açıqlaya bilərəm. 2006-2007-ci illərdə "Al-Qaiday"a qarşı müharibədə İraq ordusuna ABŞ tərəfindən çoxlu sayda tank, təyyarə və artilleriya silahları ilə yardım edildi. Bu qədər dəstəyə rəğmən, ordu yenə müharibədən məğlub çıxdı. O qədər silahla heç bir uğur əldə edə bilməyən hökumət qoşunları indi 450 nəfərlik kontingentlə necə uğur qazana bilər?" SİTATIN SONU
Bu arada İraqın Müdafiə Nazirliyi İŞİD-in nəzarətində olan Fəlluca şəhərinin koalisiya birləşmələri tərəfindən bombalanması kadrlarını yayıb. ABŞ isə İraqa humanitar yardım məqsədilə daha 9 milyon dollar yardım ayırıb. Beləliklə, ötən ildən bu günə qədər Vaşinqtonun İraqa yardım məqsədilə ayırdığı məbləğin həcmi 416 milyon dollara çatıb.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi