Azərbaycan prezidenti İtaliya baş nazirinin birinci müavinini qəbul edib
İyunun 13-də Azərbaycan prezidenti İlham Əliyev Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn İtaliya baş nazirinin birinci müavini Klaudio De Vinçentini qəbul edib.
APA TV-nin xəbərinə görə, Klaudio De Vinçenti “Bakı-2015” İlk Avropa Oyunlarının açılış mərasiminin onda dərin təəssürat yaratdığını deyib.
Görüşdə Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb, səfərin əməkdaşlığımızın müxtəlif istiqamətlərinin müzakirəsi baxımından önəmi qeyd olunub, əlaqələrin enerji, sərmayə qoyuluşu, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, qeyri-neft sektoru və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
19:33
673
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
652
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
19:30
659
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:47
1245
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1499
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1527