Bakıda avtoxuliqan qəza törətdi: iki yaralı
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, yol qəzası Nobel prospektində qeydə alınıb.
Prospektlə şəhərin mərkəzi istiqamətində yüksək sürətlə hərəkət edən BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxıb və yol kənarındakı dəmir arakəsmələrə çırpılıb.
Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Avtomobildəki sərnişin ətrafdakı şəxslər tərəfindən xəstəxanaya çatdırılıb. Sürücü Pərvin Babayev isə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Sürücünün xilas edilməsi üçün hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.
Yaralı sürücü təcili tibbi yardım briqadası tərəfindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. İlkin məlumata görə, BMW markalı avtomobilin sürücüsü Pərvin Babayev Naxçıvani küçəsindən başlayaraq avtoxuliqanlıq hərəkətləri edib, Nobel prospektində avtomobilin idarəetməsini itirib və qəza baş verib.
OXŞAR XƏBƏRLƏR
Axıska türkləri Qubada öz ənənələrini BELƏ YAŞADIR
Noyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb
“Zeyvəyə gedəndə ayaq götür” – Naxçıvanın qədim kəndindən REPORTAJ
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib