Gennadi Züqanov: “Avropa Oyunları Azərbaycanın inkişafının göstəricisidir”
“Mən çox şadam ki, əfsanələr şəhəri Bakıda ilk Avropa Oyunları keçirilir. Bu oyunlar Azərbaycanın inkişafının göstəricisidir”.
APA TV-nin məlumatına görə, bunu rusiyalı məşhur siyasətçi, Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov deyib.
O qeyd edib ki, Azərbaycanda tikilən idman obyektlərini heyranlıqla izləyib: “İdman obyektləri ilə tanış oldum və heyranlığımı gizlətmirəm. Azərbaycanın paytaxtı çox qonaqpərvərdir. Ümid edirəm ki, bu yarışlar keçirilən vaxt siyasi münaqişələrə son qoyarıq. İdman yarışlarında yarışmaq siyasi münaqişələrdən yaxşıdır. Sizi böyük bayram münasibətilə təbrik edirəm. Moskvada Avropa Oyunlarının çox gözəl təqdimatı keçirilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu oyunları Moskvada çox gözəl şəkildə təqdim edib".
OXŞAR XƏBƏRLƏR
Axıska türkləri Qubada öz ənənələrini BELƏ YAŞADIR
Noyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb
“Zeyvəyə gedəndə ayaq götür” – Naxçıvanın qədim kəndindən REPORTAJ
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib