Azad Rəhimov: "Azərbaycan avstriyalı idmançının müalicə xərcini üzərinə götürəcək"
“İstintaq orqanları Bakıda avstriyalı idmançılarla bağlı baş vermiş insidenti araşdırır”.
APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.
O qeyd edib ki, istintaqın gedişatı haqqında Azərbaycan da məlumatlandırılacaq.
“İki xanım idmançı yüngül xəsarətlər alıb. Onların vəziyyəti normaldır. Üçüncü idmançı isə Vyanada xəstəxanaya yerləşdirilib. Artıq əməliyyat başlayıb. Xoş olan odur ki, o xanım artıq ayaqlarını tərpədə bilir. Fikrimcə, hər şey yaxşı olacaq”, - deyə nazir bildirib.
Rəhimov həmçinin deyib ki, Azərbaycan tərəfi avstriyalı idmançının müalicəsinin xərcini üzərinə götürəcək.
“Azərbaycanın Avstriyadakı səfirliyi lazimi yardımı göstərir. Biz Avstriya tərəfinə istənilən kömək göstərməyə hazırıq”, - deyə o vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi