ABŞ: İŞİD-i 10 ilə məhv edəcəyik
"İŞİD-in tam məhv edilməsi üçün azı on il vaxt lazımdır". APA TV-nin məlumatına görə, bu açıqlamanı "CBS News" telekanalına ABŞ-ın quru qoşunları komandanı general Rey Odierno müsahibəsində deyib. "Bu uzun müddətə həll ediləcək bir problemdir, belə problemləri bir gecənin içində həll etmək mümkün deyil" - deyə o, əlavə edib. General vurğulayıb ki, İŞİD-in məhv edilməsi ən birinci növbədə ərəb ölkələrinin işidir. O, xüsusilə İraqa bu problemin həlli üçün yaxşı döyüşçülər hazırlamağı məsləhət görüb. Bir müddət öncə Pentaqonun terrorçu qruplaşmaya qarşı mübarizəyə artıq 2 milyard 700 milyon dollar sərf etdiyi açıqlanıb. Bu arada Ağ Ev rəhbəri Barak Obama İraqa əlavə hərbi kontingent göndərilməsi barədə qərar verib. Onlar İraqın İŞİD-in nəzarətində olan Ənbar vilayətinin azad edilməsi məqsədilə hökumət qüvvələri ilə yanaşı, kürd və digər yerli tayfaların təşkil etdiyi dəstələrə təlim keçəcəklər.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi