İstanbulda güclü yanğın baş verib, tül fabriki külə dönüb
Türkiyənin İstanbul şəhərindəki 3 mərtəbəli fabrikdə naməlum səbəbdən yanğın baş verib. APA TV-nin məlumatına görə, tül fabrikində başlayan yanğın səbəbindən hadisə yerinə İstanbulun 11 rayonunun yanğından mühafizə briqadaları cəlb olunub. Yanğından mühafizə dəstələri yanğının söndürülməsi və ətraf binalara keçməsinin qarşısının alınması üçün çalışıblar. Yanğının baş verdiyi əraziyə çox sayda təcili yardım briqadaları cəlb olunsa da xəsarət alanlar barədə məlumat verilməyib. Yanğın təxminən iki saatdan sonra söndürülüb. Qeyd edək ki, bundan 20 gün əvvəl də həmin fabrikdə kiçik ölçülü yanğın baş vermişdi.
OXŞAR XƏBƏRLƏR
19:33
697
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
672
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
19:30
681
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:47
1249
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1502
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1530