Tovuzda 18 yaşlı qız toyundan bir gün sonra intihar edib
Tovuz rayonunda intihar hadisəsi baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Tovuz mərkəzi bazarının yaxınlığında yerləşən dəmir yol körpüsündə qeydə alınıb.
Rayonun Bozalqanlı kənd sakini, 1997-ci il təvəllüdlü Aytən Nəzərova özünü körpüdən yerə atıb. Yaralı vəziyyətdə tapılaraq dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Aytən Nəzərovanı xilas etmək mümkün olmayıb.
Məlumata görə, Aytən Nəzərova 15 gün əvvəl ailə qurmaq məqsədilə qaçırılıb. Ailələr razılığa gələrək dünən toy şənliyi təşkil ediblər. Toydan sonra Aytən Nəzərova yoxa çıxıb. Bu gün səhər isə o, özünü dəmir yol körpüsündən ataraq intihar edib.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.
OXŞAR XƏBƏRLƏR
19:33
697
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
672
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
19:30
681
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:47
1249
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1502
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1530