"Hizbullah" İŞİD-ə qarşı hücuma keçdi
"Hizbullah" lideri Həsən Nasrullah İŞİD-in bölgədə hücuma keçdiyini açıqlayıb.
APA TV-nin "İnterfax"a istinadən verdiyi məlumata görə, İŞİD silahlıları Livan-Suriya sərhədi istiqamətində peyda olub və onların qarşısı "Hizbullah" döyüşçüləri tərəfindən alınır.
"İŞİD-ə qarşı Kalamun rayonu ərazisində əks-hücuma keçmişik" - deyə, Həsən Nasrullah bildirib. O, əlavə edib ki, artıq bir neçə İŞİD terrorçusu ələ keçirilib, onların xeyli sayda texnikası məhv edilib.
"Biz əməliyyatları terrorçuların ərazidə tam məhv edilməsinə qədər davam etdirəcəyik. Biz onları bu bölgədən çıxaracağıq" - deyə, Həsən Nasrullah qeyd edib.
OXŞAR XƏBƏRLƏR
19:33
744
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
720
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
19:30
729
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:47
1252
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1504
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1532