Gəncədə piyadanı maşın vuraraq öldürüb
Gəncə şəhərində yolu keçmək istəyən qadını maşın vuraraq öldürüb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə Gəncənin qərb istiqamətində qeydə alınıb.
Göygöl rayon sakini, 1990-cı il təvəllüdlü Nicat Nəbiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1975-ci il təvəllüdlü Daşkəsən rayon sakini Hafizə Zeynalovanı vurub.
Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:35
528
Axıska türkləri Qubada öz ənənələrini BELƏ YAŞADIR
16:23
648
Noyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb
15:08
873
“Zeyvəyə gedəndə ayaq götür” – Naxçıvanın qədim kəndindən REPORTAJ
16:36
1126
Sabaha gözlənilən hava proqnozu açıqlandı
16:34
1143
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
17:46
1860