Bakıda avtomobilləri qəsdən yandıran kriminal avtoritet tutulub
Bakıda avtomobilləri yandıran şəxs tutulub.
APA-nın məlumatına görə, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraçuxurda 20-yə yaxın avtomobili yandırmaqda şübhəli bilinən, 1979-cu il təvəllüdlü Səfər Zöhrab oğlu Mahmudov saxlanılıb.
Məlumata görə, S.Mahmudovun kriminal aləmlə yaxın əlaqələri var və “Dəli Səfər” ləqəbi ilə tanınır.
Qeyd edək ki, son vaxtlar Suraxanıda vətəndaşlara məxsus nəqliyyat vasitələrinin qəsdən yandırılması barədə mətbuatda məlumatlar yayılıb. Rayonun Qaraçuxur qəsəbəsində bir gecədə 10-dan çox avtomobil yandırılıb.
OXŞAR XƏBƏRLƏR
18:35
542
Axıska türkləri Qubada öz ənənələrini BELƏ YAŞADIR
16:23
660
Noyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb
15:08
892
“Zeyvəyə gedəndə ayaq götür” – Naxçıvanın qədim kəndindən REPORTAJ
16:36
1130
Sabaha gözlənilən hava proqnozu açıqlandı
16:34
1145
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
17:46
1862