Yük maşını külə döndü
Qaxda yük maşını yanıb. Yanğın nəticəsində maşın yararsız hala düşüb. APA TV-nin bölgə mübirinin verdiyi məlumata görə, Yanğın rayonun Almalı kəndi ərazisində hərəkətsiz vəziyyətdə dayanan, Zaqatala rayon Kəpənəkçi kənd sakini 35 yaşlı Abdurəhmanov Elnur Hidayət oğluna məxsus 99-CD-336 dövlət nişan nömrəli, “Ford-Tranzit” markalı yük avtomobilində baş verib. Hadisə yerinə FHN-nin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Bütün səylərə baxmayaraq, avtomobil təmamilə yanıb. Məlumatda bildirilir ki, sürücü Elnur Abdurəhmanov kəndə fındıq aparmaq üçün gəlibmiş. Maşında yanğın baş verən zaman Elnur Abdürəhmanov kəndə fındıq almağa gedib, maşının yanında isə oğlu olub. Faktla bağlı FHN-nin Qax rayon DYMH-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov jurnalistlərə açıqlama verdi
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir