Suriya müxalifəti ölkənin ən böyük hərbi bazalarından birini ələ keçirdi
Suriya müxalifətinin "Cənub ordusu" adlandırılan qruplaşması ölkənin Deraa əyalətində ən böyük hərbi bazalardan birini ələ keçirdiyi barədə məlumat yayıb.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, hökumət qüvvələri ilə döyüşdə hər iki tərəf çoxlu itki verib.
Sözügedən hərbi baza Həraq şəhərinin yaxınlığında yerləşir. Bu şəhər paytaxt Dəməşqə aparan magistral yolun bir neçə kilometrliyində yerləşir. Hərbi bazanın müxalifətçilərin əlinə keçməsi onların çoxlu silahla təchiz olunmasından başqa ölkənin daha bir böyük əyalətinə - Əs-Süveydə nəzarəti ələ keçirmək şanslarını da artırır. Druzların kompakt şəkildə yaşadığı bu bölgə Bəşər Əsədə sadiqliyi ilə seçilir.
Xatırladaq ki, Suriyanın böyük bir hissəsi müxalif üsyançıların və terror qruplaşmalarının nəzarətindədir. Onların ən böyük məqsədi Dəməşqi ələ keçirməkdir.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi