Bakıdan Qubaya gedən avtobus aşdı: 4 yaralı
Siyəzəndə yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, 90 AM 068 dövlət nömrə nişanlı “Hyundai” markalı sərnişin avtobusu Bakıdan Quba istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək aşıb. Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar - Quba rayonu, Küpçal kənd sakini 1977-ci il təvəllüdlü Məhərrəmov Dönməz Bağır oğlu, onun bacısı 1975-ci il təvəllüdlü Məhərrəmova Gülzar Bağır qızı, Quba rayon Küpçal kənd sakini Məhərrəmova Kifayət Əjdər qızı və Xaçmaz rayon Gödəkli kənd sakini 1985-ci il təvəllüdlü Şərifova Şəlalə Mürsəl qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Tibb müəssisəsindən verilən məlumata görə, onların vəziyyəti orta ağırdır. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib