Odessa qubernatoru Saakaşvili: "Əgər kimsə mənə zəng edib desə ki..."
Ukraynanın Odessa vilayətində rayon administrasiyasının rəhbərləri müsabiqə yolu ilə seçiləcəklər. Müsabiqədə sabiq rəhbərlər də iştirak edə bilərlər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili mətbuat konfransında bildirib.
“Biz 26 rayon administrasiyalarının hamısına müsabiqə elan edəcəyik. Hazırda işləyənlər istefaya göndəriləcək , boş yerlərə müvəqqəti icra edənlər təyin edilib. Təbii ki, heç kim onlara müsabiqədə iştirak etməyə mane olmayacaq. Ola bilsin, adamların etimad göstərdiyi şəxslər vəzifədə qaldı. Lakin 26 rayon administrasiyalarının hamısına yeni prinsiplərlə çalışan rəhbərlər təyin olunacaq”, - deyə Saakaşvili bildirib.
Saakaşvili qeyd edib ki, rəhbərlərin əksəriyyəti tamamilə yeni simalar olacaq: “Onlar 10 gün ərzində elektron ərizə təqdim edə bilər, sonra namizədlər ictimaiyyətin müzakirəsinə buraxılacaq. Əgər kimsə mənə zəng edib desə ki, bu filankəsin adamı, yaxud qohumudur - o namizəd dərhal diskvalifikasiya olnacaq”.
Mixail Saakaşvili mayın 30-da Odessa vilayətinin qubernatoru təyin edilib.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi