Bakıda dəhşət: toyuna hazırlaşan qız qəzada öldü
Azərbaycan paytaxtında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Bakının Zirə qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Sail Bədirlinin idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin, 1990-cı il təvəllüdlü Vəsilə Qurbanova aldığı xəsarətdən hadisə yerində ölüb. Sürücü və onun həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rufanə Bədirli isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisə zamanı dünyasını dəyişən Vəsilə Qurbanovanın toyu olacaqmış. O, toya hazırlaşmaq məqsədilə gözəllik salonundan gedibmiş. Qəza da onlar salondan qayıdarkən baş verib.
Faktla bağlı Pirallahı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi