Prezident İlham Əliyev Azərbaycanı I Avropa Oyunlarında təmsil edəcək idmançılarla görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri iyunun 9-da Atletlər Kəndində olublar.
APA TV-nin xəbərinə görə, gənclər və idman naziri Azad Rəhimov dövlət başçısına Atletlər Kəndinin VİP qonaqlarının qəbulu zonası barədə məlumat verib.
Binada yaradılan istirahət otağı, protokol zalı, qonaq vəsiqəsini gözləmə ərazisi və digər otaqlar müasir səviyyədədir. Burda yüksək səviyyədə fəaliyyət göstərmək üçün bütün şərait yaradılıb.
Dövlət başçısı Azərbaycanı Birinci Avropa Oyunlarında təmsil edəcək idmançılarla görüşüb.
Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri Birinci Avropa Oyunlarında təmsil edəcək Azərbaycanın ayrı-ayrı idman növləri üzvləri və komandaları ilə şəkil çəkdiriblər.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi