Kiyevdə neft bazası partladı: ölən və yaralananlar var
Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında neft bazasında güclü partlayış baş verib. APA TV-nin məlumatına görə, hadisə nəticəsində ölən və yaralananlar var.
Partlayış Kiyev vilayətinin Kryaçki yaşayış məntəqəsindəki “BRSM-neft” neft bazasında qeydə alınıb və yanğınla müşayiət olunur. Ölkənin daxili işlər naziri Arsen Avakov bildirib ki, partlayışın baş verdiyi ərazidə daha bir neft anbarı var. Nazir Milli Qvardiya əməkdaşlarının da yanğın ərazisində olduqlarını açıqlayıb. Ərazidən insanlar təxliyə edilib. "Ölənlər yanğınsöndürənlərdir, hazırda yanğının nəzarətə götürülməsi üçün işlər davam edir" - deyə, o, əlavə edib.
Yanğın nəticəsində 6 yanğınsöndürən xəsarətlərlə xəstəxanaya çatdırılıb. Daha 6 yanğınsöndürənlə əlaqənin itdiyini qeyd edən nazir onlardan dördünün yanan ərazidən çıxdıqlarını qeyd edib. İki yanğınsöndürənin axtarışları davam edir.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi