ABŞ-da qaradərilini güllələyən polisin işi məhkəməyə göndərildi
ABŞ-da qaradərili şəxsin polis əməkdaşı tərəfindən güllələnməsi ilə bağlı iş məhkəməyə göndərilib.
APA TV-nin xəbərinə görə, Cənubi Karolina ştatının polis işçisi Maykl Slecerə ittiham elan edilib və o, silahsız qaradərili vətəndaşı güllələməkdə təqsirli bilinir.
İşə məhkəmədə nə vaxt baxılacağı məlum deyil. Polis əməkdaşının günahı sübuta yetirilsə, onu 30 ilədək həbs cəzası gözləyir. İşdə ağırlaşdırıcı hallar olmadığından, Maykl Slecerin ömürlük azadlıqdan məhrum ediləcəyi gözlənilmir.
İttiham aktının əsasını hadisə zamanı ərazidən keçən bir nəfərin mobil telefonla çəkdiyi görüntülər təşkil edib. Videoda polis əməkdaşının qaçan qaradərili şəxsə arxadan 8 dəfə atəş açdığı görünür. Zərərçəkən silahsız olub.
Qaradərili Eolter Skott aprelin 4-də güllələnib. Bir müddət sonra həvəskar çəkiliş KİV-də yayıldı və geniş əks-səda doğurdu. Bundan dərhal sonra polis əməkdaşı həbs edildi və işdən qovuldu.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi