Avropa Oyunlarında iştirak edəcək daha 10 ölkənin idmançıları Bakıya gəlib
Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək Serbiya, Bolqarıstan, Yunanıstan, Belçika, Almaniya, Lixtenşteyn, İslandiya, İsveç, Xorvatiya və Sloveniya idmançıları Azərbaycana gəlib.
APA TV-nin məlumatına görə, onları Heydər Əliyev Hava Limanında “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar. Komandalar onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıb.
“Bakı-2015” I Avropa Oyunları işıqlandıracaq jurnalistlərin də daha bir qrupu bu gecə Azərbaycana gəlib. Onları da Heydər Əliyev Hava Limanında “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar. Jurnalistlər daha sonra xüsusi avtobuslarla "Media kəndi"nə yola salınıblar.
Xatırladaq ki, iyunun 12-dən 28-dək davam edəcək 17 günlük yarışlara 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisi qatılacaq. Yarışlar 20 idman növünü əhatə edir ki, bunların 16-sı Olimpiya növləridir.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi