Türkiyənin Azərbaycandakı səfiri: "Önəmli və həyəcanlı seçki oldu"
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun ölkəsində keçirilən parlament seçkilərindən sonra yaranmış siyasi duruma münasibət bildirib.
APA TV-nin xəbərinə görə, diplomat koalisiya hökuməti yaradılıb-yaradılmayacağı ilə bağlı sualı cavablandırıb.
“Baş nazirin və bütün siyasi partiya rəhbərlərinin açıqlamalarını eşitdiniz. Önəmli və həyəcanlı seçki oldu. Bundan sonra da siyasi partiyalarımız Türkiyədəki demokratik üsullar çərçivəsində ən gözəl olanı edəcəklər və Türkiyə uğurla yoluna davam edəcək” - deyə səfir qeyd edib.
Xatırladaq ki, iyunun 7-də Türkiyədə parlament seçkiləri keçirilib. Seçkilərdə 54 milyondan artıq səsvermə hüququ olan seçicilərin 85,2 faizi səs verib.
OXŞAR XƏBƏRLƏR
19:33
802
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
776
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
19:30
786
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:47
1256
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1510
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1537