Portuqaliya və Xorvatiyadan velosipedlə Bakıya gələnlərin qarşılanma mərasimi olub
“I Avropa Oyunlarına velosipedlə" layihəsi çərçivəsində səfərə çıxan Portuqaliya və Xorvatiya velosipedçiləri Azərbaycan ərazisinə daxil olublar.
APA TV-nin məlumatına görə, layihə çərçivəsində Portuqaliyadan olan velosipedçi Jorge Kristovao iyunun 6-da Gürcüstan ərazisindən “Mazımçay” gömrük sərhəd-buraxılış məntəqəsini keçməklə Azərbaycanın şimal-qərb qapısı sayılan Balakən rayonundan Azərbaycan ərazisinə daxil olub.
Bu münasibətlə “Mazımçay” gömrük sərhəd-buraxılış məntəqəsində qarşılanma mərasimi keçirilib.
Mərasimdə bildirilib ki, Portuqaliyalı velosipedçi Jorge Kristovao aprelin 10-da öz ölkəsindən yola düşüb. O, I Avropa Oyunlarında iştirak edəcək Portuqaliya idmançılarından ibarət komandanın bayrağını Bakıya çatdırmaq üçün ümumilikdə 6000 km-dən artıq məsafə qət edəcək.
Xorvatiyanın "Pedalinac" klubunun 5 velosipedçisi isə iyunun 6-da Azərbaycan ərazisinə Qazax rayonunun “Qırmızı Körpü” gömrük sərhəd-buraxılış məntəqəsindən daxil olublar. Onlar mənzil başına çatmaq üçün ümumilikdə 4000 km məsafə qət edəcəklər. Xorvatiyalı velosipedçilər iyunun 6-da axşam saatlarında Qax rayonunda bir araya gəliblər. İyunun 7-dən etibarən velosipedçilər Qax-Şəki-Oğuz-Qəbələ-İsmayıllı-Şamaxı-Qobustan-Bakı marşrutu ilə hərəkət etməklə iyunun 10-u Bakı şəhərinə çatacaqlar.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi