Gəncə sakini öz evini yandırdı
Gəncədə yaşayış evi yanıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə iyunun 7-də saat 19:00 radələrində şəhərin İsmət Qayıbov küçəsi, 3-cü dalan, ev 5-də qeydə alınıb.
Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Şahin Məmmədova məxsus ümumi sahəsi 90 kvadrat metr olan 4 otaqlı evin 3 otağı 81 kvadrat metr sahədə yanaraq yararsız hala düşüb.
Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, hadisə yerinə 4 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. Yanğının başqa evlərə keçməsinin qarşısı alınıb və bir otaq alovdan xilas edilib.
Məlumata görə, evi sahibi Şahin Məmmədov sərxoş vəziyyətdə yandırıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:33
804
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
778
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
19:30
788
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:47
1256
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1510
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1537