Bazar havası: külək, yağış, dolu...
İyunun 7-də Bakı və Abşeron yarımadasında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21, gündüz 24-27 dərəcə isti olacaq.
Çimərliklərdə dəniz suyunun temperaturu 18-21 dərəcə isti təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 17-22, gündüz 27-32, dağlıq və dağətəyi rayonlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi