Bir həftə əvvəl itkin düşmüş şəxs Göyçayda yol qəzasında ölüb
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə magistral yolun 203-cü kilometrliyində, Qarayazı kəndi ərazisində qeydə alınıb. Göyçay şəhər sakini, 1966-cı il təvəllüdlü Səbuhi İsayevin idarə etdiyi 23-BX-050 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşını qarşı tərəfdən gələn Ağsu rayon sakini, 1963-cü il təvəllüdlü Məhərrəmov Əziz Kamal oğlunun idarə etdiyi 54-BB-557 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını ilə toqquşub. Zərbənin təsiri nəticəsində yük maşını aşıb. Ağır bədən xəsarətləri alan sürücü Səbuhi İsayev hadisə yerində ölüb.
Xatırladaq ki, həyatını itirən “Bismak” şirkətinin işçisi Səbuhi İsayev 7 gündür ki, itkin düşən şəxs kimi Göyçay rayon Polis Şöbəsi tərəfindən qeydiyyata alınıb.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi