Prezident İlham Əliyev Azərbaycan Boks Federasiyasının inzibati binasının və “Qafqaz Baku Sport Hotel”in açılışlarında iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Boks Federasiyasının inzibati binasının və “Qafqaz Baku Sport Hotel”in açılışlarında iştirak ediblər.
APA TV-nin məlumatına görə, dövlət başçısı əvvəlcə federasiyanın inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan prezidenti və xanımı burada yaradılan muzeylə tanış olublar. Onlar federasiya rəsmiləri, Birinci Avropa Oyunlarında ölkəmizi təmsil edəcək boksçularla görüşüblər. Sonra xatirə şəkli çəkdirilib.
Daha sonra dövlət başçısı “Qafqaz Baku Sport Hotel”in rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev və Mehriban Əliyeva oteldə yaradılan şəraitlə tanış olublar.
OXŞAR XƏBƏRLƏR
18:35
491
Axıska türkləri Qubada öz ənənələrini BELƏ YAŞADIR
16:23
616
Noyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb
15:08
821
“Zeyvəyə gedəndə ayaq götür” – Naxçıvanın qədim kəndindən REPORTAJ
16:36
1124
Sabaha gözlənilən hava proqnozu açıqlandı
16:34
1143
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
17:46
1860