Balakəndə zavodda qətl törədildi
Balakəndə fəhlələr arasında dava ölümlə nəticələnib. APA TV-nin məlumatına görə, hadisə Balakən kərpic zavodunun ərazisində baş verib.
Balakən kərpic zavodunda işləyən fəhlələr - 1978-ci il təvəllüdlü Balakən rayon sakini Anar Ramazan oğlu Həmzətov və rayonun Gərəkli kənd sakini Anar Məhəmməd oğlu Ömərovun aralarında şəxsi münaqişə zəminində mübahisə yaranıb.
Münaqişə zamanı Anar Ömərov üzərində gəzdirdiyi bıçaqla Anar Həmzətova sol döş qəfəsi nahiyəsinə bir bıçaq zərbəsi endirib. Ağır vəziyyətdə Balakən Mərkəzi Rayon Xəstəxanasına aparılan Anar Həmzətov yolda keçinib.
Anar Həmzətovun iki azyaşlı övladı olduğu bildirilir. Qətli törədəndən sonra Anar Ömərov hadisə yerindən qaçıb. Balakən Rayon Polis Şöbəsi və Prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Anar Ömərov tutularaq istintaqa təhvil verilib. O, əvvəllər CM-nin 126.1 maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma) məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Balakən Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi