Azərbaycan prezidenti Meksikanın yeni səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev iyunun 4-də Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floresin etimadnaməsini qəbul edib.
APA TV-nin məlumatına görə, səfir Xuan Rodrigo Labardini Flores fəxri qarovul dəstəsinin qarşısından keçib.
Xuan Rodrigo Labardini Flores etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Görüşdə Azərbaycan-Meksika əlaqələrinin hazırkı vəziyyəti və gələcəyi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
18:35
491
Axıska türkləri Qubada öz ənənələrini BELƏ YAŞADIR
16:23
616
Noyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb
15:08
821
“Zeyvəyə gedəndə ayaq götür” – Naxçıvanın qədim kəndindən REPORTAJ
16:36
1124
Sabaha gözlənilən hava proqnozu açıqlandı
16:34
1143
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
17:46
1860