Füzulidə qasırğa: yaşayış evlərinin damı uçdu
Füzuli rayonunda müşahidə olunan güclü külək yaşayış evlərinə ciddi zərər vurub.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, külək əsasən "Qayıdış-4" məcburi köçkün qəsəbəsində fəsadlar törədib.
Qasırğa məcburi köçkünlərə məxsus yaşayış evlərinin damını yararsız hala salmaqla yanaşı, elektrik dirəklərini aşırıb, naqillərini zədələyib, çoxlu ağacı kökündən çıxarıb.
Qəsəbəyə elektrik enerjisinin, mavi yanacağın və içməli suyun verilməsində fasilə yaranıb. Rayon Fövqəladə Hallar Komissiyası dəymiş zərərin araşdırılması və aradan qaldırılması üçün tədbirlər həyata keçirir.
OXŞAR XƏBƏRLƏR
19:33
927
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
899
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
19:30
905
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:47
1270
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1526
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1550