Azərbaycan prezidenti Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzinin açılışında iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev “Bakubus” MMC-nin birinci Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzinin açılışında iştirak edib.
APA TV-nin məlumatına görə, dövlət başçısı deponun və mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Maliyyə naziri Samir Şərifov prezidentə görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, burada bir inzibati və dörd xidməti bina inşa edilib. İnzibati binada ümumi, avtobusların və nəqliyyatın idarəetmə mərkəzləri, mühasibatlıq, treninq mərkəzinin sinifləri, yeməkxana və digər otaqlar var. Azərbaycan prezidenti “Bakubus” MMC-nin inzibati binasında, Sürücü Təlim Mərkəzində, avtobus parkında yaradılan şəraitlə tanış olub, avtobuslara baxıb.
Diqqətə çatdırılıb ki, yanacaqdoldurma məntəqəsində eyni vaxtda 15 avtobusa xidmət göstəriləcək. Burada bir avtobusun yanacaqla tam təmin edilməsinə cəmi 7 dəqiqə vaxt sərf olunur.
Sonra dövlət başçısı Sürücü Təlim Mərkəzində avtobusların idarə edilməsi prosesini izləyib.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi