Şotlandiya müstəqilliklə bağlı daha bir referendum keçirəcək
Böyük Britaniyanın Avropa İttifaqını tərk edəcəyi halda Şotlandiya müstəqilliklə bağlı daha bir referendum keçirəcək.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, bu barədə Şotlandiya millətçilərinin lideri, ölkənin birinci naziri Nikola Styorcen açıqlama verib.
O, sözügedən məsələ ilə bağlı 2017-ci ildə referendum keçirməyi planlaşdıran baş naziri Devid Kemeronu da məlumatlandırıb. Bu fikir ittifaq rəhbərlərinin Brüsseldə keçirilən görüşündə də səsləndirilib. "Mən bu addımı atacağam. Böyük Britaniya Avropa İttifaqını tərk etməməlidir, bu bizim ümumi maraqlarımıza uyğun gəlmir" - deyə, o vurğulayıb.
Styorcen qeyd edib ki, Kemeron qurumla əməkdaşlığı davam etdirmək üçün indiki razılaşmalar çərçivəsindən çıxmamalıdır. Əgər London buna əməl etməsə Edinburqun məsələyə münasibəti neqativ olacaq.
OXŞAR XƏBƏRLƏR
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi