İraqın baş naziri: "İŞİD bizimlə həm də psixoloji müharibə aparır"
İraqın Müdafiə Nazirliyi Rəmadi şəhəri istiqamətində ən böyük hərbi əməliyyatlardan birinin keçirildiyini açıqlayıb.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, məqsəd İŞİD-in nəzarətində olan bölgələri azad etmək olub.
Bu arada Fransa paytaxtında İŞİD-ə qarşı mübarizə aparan koalisiya dövlətlərinin nümayəndələri bir araya gəliblər.
İraqın baş naziri Haydar Abadi müttəfiqlərdən hərbi yardımı genişləndirməyi xahiş edib: "Bizim hərbçilərimizə dəstəyi artırmaq lazımdır. Bu, həm də psixoloji məsələdir. Radikal qruplaşmanın yaydığı yalan informasiyaya qarşı hər bir hərbçi bu cəhətdən hazır olmalıdır. Məhz bu fakt İŞİD təhlükəsindən birdəfəlik xilas olmağın yoludur".
Xatırladaq ki, Rəmadi istiqamətində döyüşlər 18 aydır davam edir.
OXŞAR XƏBƏRLƏR
19:33
926
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
19:31
898
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
19:30
904
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:47
1270
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
13:46
1526
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
11:54
1550